Şirvan Səhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov növbəti vətəndaş qəbulu keçirib.
Dövlət başçısının vətəndaş müraciətlərinə obyektiv və operativ baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq tapşırıq və göstərişlərinə uyğun olaraq, dekabrın 24-də şəhər İcra Hakimiyyətində növbəti vətəndaş qəbulu keçirilib.
Şəhər İcra Hakimiyyəti başçısının müavinlərinin, şöbə müdirlərinin, aidiyyəti təşkilat və xidmət sahələrinin rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda vətəndaşları narahat edən məsələlərlə yaxından tanış olunub, müraciət və təklifləri dinlənilib.
Qəbulda çıxış edən şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov öncə möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevi şəhər ictimaiyyəti adından 24 dekabr – doğum günü münasibətilə ürəkdən təbrik edib, ona möhkəm can sağlığı, uzun ömür və ölkəmizin inkişafı naminə ali dövləti fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayıb.
İlqar Abbasov həmçinin 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə şəhər İcra Hakimiyyətinə ünvanladığı təbrik məktubu ilə əlaqədar Şirvan şəhər 11 nömrəli tam orta məktəbin 1-ci sinif şagirdi Qəribli Nərgizlə görüşüb, xoş arzularını çatdıraraq, xatirə hədiyyələri təqdim edib.
Qəbul zamanı şəhid ailəsi üzvlərinin, müharibə iştirakçılarının və bu kimi həssas kateqoriyadan olan şəxslərin müraciətləri növbədənkənar dinlənilib, digər vətəndaşlar isə növbəlilik əsasında qəbul ediliblər.
Qəbulda vətəndaşların əsasən mənzil-məişət şəraitinin yaxşılaşdırılması, məşğulluq, eləcə də digər məsələlərlə bağlı müraciətləri dinlənilib. Araşdırma tələb edən müxtəlif məsələlər aidiyyəti məsul şəxslərin iştirakı ilə müzakirə edilib, qanunamüvafiq izahatlar verilərək həlli nəzarətə götürülüb. Eləcə də, digər mövzularla bağlı aidiyyəti qurumlara müraciət etmələri vətəndaşlara tövsiyə olunub.
Qəbulda iştirak edən vətəndaşlar müraciətlərinə həssaslıqla yanaşılmasından məmnunluqlarını bildirərək, yaradılan şəraitə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.






