Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov sakinlərlə növbəti səyyar görüş keçirib 20.07.2023

20 iyul 2023 | 15:28

Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov təsdiq olunmuş qrafikə uyğun olaraq, 20 iyul 2023-cü il tarixində şəhərin M.Füzuli adına Mədəniyyət və İstirahət parkında sakinlərlə növbəti səyyar qəbul-görüş keçirib. Görüşdə şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Milli Məclisin deputatı İltizam Yusifov, şəhər İcra Hakimiyyəti başçısının müavinləri, məsul əməkdaşları, əlaqədar təşkilat və xidmət sahələrinin rəhbərləri iştirak edib. Öncə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, suverenliyi və tarixi torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olan şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov regionların inkişafı üzrə dövlət proqramlarından, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində qəbul edilən fərman və sərəncamlardan, eyni zamanda Şirvan şəhəri ərazisində həyata keçirilən abadlıq-quruculuq, əsaslı təmir işləri ilə bağlı ətraflı məlumat verərək, M.Füzuli adına Mədəniyyət və İstirahət parkında aparılan yenidənqurma işlərinin şəhər sakinlərinin və qonaqların mədəni istirahətinə xidmət etdiyini və sakinlər tərəfindən xoş təəssüratla qarşılandığını bildirib. Şirvan şəhərinin 2024-2028-ci illər üçün “Yeniləşən Şirvan” sosial-iqtisadi inkişaf konsepiyasında nəzərdə tutulmuş tədbirlərin uğurlu icrasının Şirvan şəhərinin sosial-iqtisadi inkişafında keyfiyyətcə yeni mərhələnin başlanğıcının qoyulmasında, şəhərin daha da müasirləşməsində, yeni iş yerlərinin və müəssisələrin yaradılmasında, kommunal, xidmət və sosial infrastruktur təminatının həcminin və keyfiyyətinin artırılmasında əhəmiyyətli rol oynayacağını qeyd edib. Eyni zamanda, səyyar görüş zamanı səsləndirilən məsələlərin həlli ilə bağlı zəruri tədbirlərin görüləcəyini bildirib. İlqar Abbasov dövrümüzün əsas platformaları olan sosial şəbəkələr və vətəndaş mediasının bu gün cəmiyyətin məlumatlandırılmasındakı əhəmiyyətli rolundan danışaraq, Şirvan şəhərindən olan aktiv sosial şəbəkə istifadəçilərini və vətəndaş mediası fəallarını müraciət və təklifləri üçün növbəti səyyar görüşlərə dəvət edib. Milli Məclisin deputatı İltizam Yusifov əhalini narahat edən problemlərlə bağlı dövlət qurumlarına göndərilmiş müraciətlər, onların həlli istiqamətində görülən işlər barədə məlumat verib. Daha sonra sakinlərin müraciətləri dinlənilib və onları narahat edən müxtəlif məsələlər aidiyyəti məsul şəxslərin iştirakı ilə müzakirə edilib, qanunamüvafiq izahatlar verilərək həlli nəzarətə götürülüb. Görüşdə iştirak edən sakinlər müraciətlərinə həssaslıqla yanaşılmasından məmnunluqlarını bildirərək, yaradılan şəraitə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Keçidlər