Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov sakinlərlə növbəti səyyar görüş keçirib 25.07.2023

25 iyul 2023 | 17:23

Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müntəzəm olaraq yerlərdə sakinlərlə keçirdiyi səyyar görüşlər davam edir. İyulun 25-də şəhərin Hacıqəhrəmanlı qəsəbəsində sakinlərlə növbəti görüş keçirilib. Görüşdə Şirvan Şəhər İcra Hakimiyyəti başçısı İlqar Abbasov, şəhər İcra Hakimiyyəti başçısının müavinləri, məsul əməkdaşları, əlaqədar təşkilat və xidmət sahələrinin rəhbərləri iştirak edib. Öncə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin, görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyevanın və ölkəmizin ərazi bütövlüyü, suverenliyi və tarixi torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olan şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov respublikada əhalinin rifah halının yüksəldilməsi istiqamətində həyata keçirilən sosial-iqtisadi islahatlar, eyni zamanda, Şirvan şəhərində aparılan abadlıq-quruculuq işləri, sakinlərin rahatlığının təmin olunması, vətəndaş məmnunluğunun artırılması istiqamətində görülən işlər barədə məlumat verib. Şirvan şəhərinin növbəti 5 il (2024-2028-ci illər) üçün nəzərdə tutulmuş “Yeniləşən Şirvan” sosial-iqtisadi inkişaf konsepiyasında nəzərdə tutulmuş tədbirlərdən danışaraq, Hacıqəhrəmanlı qəsəbəsində İDEA İctimai Birliyinin “Bizim həyət” xüsusi layihəsinə uyğun olaraq yeni, müasir abad məhəllənin salınacağının nəzərdə tutulduğunu qeyd edib. Daha sonra sakinlərin müraciətləri dinlənilib və onları narahat edən müxtəlif məsələlər aidiyyəti məsul şəxslərin iştirakı ilə müzakirə edilib, qanunamüvafiq izahatlar verilərək həlli nəzarətə götürülüb. Görüşdə iştirak edən sakinlər müraciətlərinə həssaslıqla yanaşılmasından məmnunluqlarını bildirərək, yaradılan şəraitə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Keçidlər