Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov sakinlərlə növbəti səyyar qəbul- görüş keçirib.

20 iyul 2022 | 16:57

20.07.2022-ci il tarixdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov 20 nömrəli tam orta məktəbdə həmin ərazidə yaşayan sakinlərlə səyyar qəbul-görüş keçirib. Görüşdə  Şirvan Şəhər İcra Hakimiyyətinin məsul əməkdaşları, xidmət təşkilatlarının rəhbərləri iştirak edib. Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov görüş iştirakçılarını salamlayıb, onları və Azərbaycan xalqını “Ağıllı kənd” layihəsi çərçivəsində yeni inşa edilən Ağalı kəndinə   sakinlərin qayıdışı münasibətilə təbrik edib. Sonra Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü, tarixi torpaqların işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olan şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Görüşdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov Azərbaycan Respublikasının Prezidenti, Qalib Ali Baş Komandan cənab İlham Əliyevin məqsədyönlü fəaliyyətinin mühüm məqamlarından, Ali Baş Komandan kimi Vətən müharibəsi zamanı orduya uğurlu rəhbərliyindən, dünyanın 30-dan artıq ən nüfuzlu  televiziya kanallarına verdiyi müsahibələrdən, Azərbaycan həqiqətlərini dünyaya bəyan etməsindən, Azərbaycana qərəzli mövqeləri ilə fərqlənən bəzi dövlət başçılarını, beynəlxalq qurumların rəhbərlərini susdurduğundan danışıb. Şəhid ailələrinə, qazilərə dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan, Şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən bəhs edib. Ordu ilə xalqın bir yumruq kimi prezidentin ətrafında birləşdiyini qeyd edib. Ölkədə aparılan uğurlu daxili və xarici siyasət nəticəsində işğaldan azad olunmuş rayonlarda yeni infrastruktur layihələrin həyata keçirildiyini, abadlıq-quruculuq işlərinin aparıldığını, şəhid ailələrinə və müharibə əlillərinə hərtərəfli qayğı göstərildiyini diqqətə çatdırıb. Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevanın və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın rəhbərliyi ilə keçirilən beynəlxalq səviyyəli tədbirlərdən  söz açıb, həmin tədbirlərin əhəmiyyətini vurğulayıb. Ölkəmizin hər yerində olduğu kimi Şirvan şəhərində də geniş tikinti abadlıq-quruculuq işlərinin aparıldığını, küçələrin işıqlandırıldığını, su təchizatı və kanalizasiya sisteminin yenidən qurulduğunu, sosial layihələrin uğurla həyata keçirildiyini, ölkədə ilk dəfə Şirvan şəhərində şəhid analarının şərəfinə “Şəhid Anası” Memorial abidə kompleksinin ucaldığını diqqətə çatdırıb. Dövlət səviyyəsində görülən işlərin, atılan addımların vətəndaş məmnunluğunun artmasına, əhalinin sosial rifah halının yüksəlməsinə xidmət etdiyini qeyd edib. Sonra sakinlərin müraciət və problemləri dinlənilib, qaldırılan məsələlər aidiyyəti məsul şəxslərin iştirakı ilə müzakirə edilib. Bəzi məsələlər yerindəcə həllini tapıb, araşdırılması vaxt tələb edən məsələlərlə bağlı müvafiq göstərişlər verilib. Sakinlər qəbuldan razı qalıb, onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Qalib Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini və minətdarlıqlarını ifadə ediblər.

Mətbuat xidməti

Keçidlər