Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov şəhid atasını müalicə aldığı xəstəxanada ziyarət edib.

12 may 2025 | 17:03

Mayın 12-də şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Dövlət Təhlükəsizliyi Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi Mehman Qasımov, şəhər İcra Hakimiyyəti başçısının müavinləri Şirvan Şəhər Mərkəzi Xəstəxanası PHŞ-də müalicə olunan, 44 günlük Vətən müharibəsi şəhidi Bəxtiyar İslamovun atası Saleh İslamovun səhhəti ilə maraqlanıb, ona Allahdan şəfa diləyiblər.

Şəhid atası Saleh İslamov göstərilən diqqət və qayğıya görə möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya özü və ailəsi adından minnətdarlıq ifadə edib.

Qeyd edək ki, şəhid Bəxtiyar İslamov 11 iyun 1997-ci ildə Şirvan şəhərində anadan olub. Şirvan şəhər 4 №li tam orta məktəbdə təhsil alıb. Cəmşid Naxçıvanski adına Hərbi Liseyin, daha sonra Heydər Əliyev adına Ali Hərbi Məktəbin məzunu olub. Vətən müharibəsi zamanı Xüsusi Təyinatlı Qüvvələrin tərkibində Füzuli, Cəbrayıl, Hadrut istiqamətlərində gedən döyüşlərdə iştirak edib. 12 oktyabr 2020-ci ildə şəhidlik zirvəsinə ucalan şəhid Bəxtiyar İslamov Şirvan şəhər Şəhidlər Xiyabanında dəfn edilib. Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında qarşıya qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək göstərdiyi şücaət və qəhrəmanlıqlara görə şəhid Bəxtiyar İslamov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.

Keçidlər