Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov şəhid atasını xəstəxanada ziyarət edib.
Mayın 16-da Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, şəhər İcra Hakimiyyəti başçısının müavinləri Şirvan Şəhər Mərkəzi Xəstəxanası PHŞ-də əməliyyat olunmuş, hazırda stasionar müalicəsi davam edən 44 günlük Vətən müharibəsi şəhidi Şəhriyar İsmayılzadənin atası Əkbər İsmayılovun səhhəti ilə maraqlanıb, ona Allahdan şəfa diləyiblər.
Şəhid atası Əkbər İsmayılov göstərilən diqqət və qayğıya görə möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya özü və ailəsi adından minnətdarlıq ifadə edib.
Qeyd edək ki, şəhid Şəhriyar İsmayılzadə 1994-ci il iyulun 7-də Şirvan şəhərində anadan olub. Şirvan şəhər 12 nömrəli tam orta məktəbi bitirib. Vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl, Xocavənd və Şuşa istiqamətlərində gedən döyüşlərdə iştirak edib, 8 noyabr 2020-ci il tarixində şəhidlik zirvəsinə ucalıb. 10 noyabr 2020-ci il tarixində Şirvan şəhər Şəhidlər Xiyabanında dəfn edilib.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda gedən döyüş əməliyyatlarında qarşıya qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün şəhid Şəhriyar İsmayılzadə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Hərbi xidmətdə fərqlənməyə görə”, “Şuşanın azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.