Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov səsvermədə iştirak edib.

01 sentyabr 2024 | 13:45
Məlum olduğu kimi, 01 sentyabr 2024-cü il tarixində ölkənin bütün bölgələrində olduğu kimi, Şirvan şəhərində də növbədənkənar parlament seçkiləri keçirilir. Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov və şəhərin hüquq-mühafizə orqanlarının rəhbərləri də səsvermədə iştirak edib, 51 saylı Şirvan seçki dairəsinin 32 saylı seçki məntəqəsində səs veriblər.
 
Qeyd edək ki, Şirvan şəhərində 1 Dairə Seçki Komissiyası üzrə 43 seçki məntəqəsi fəaliyyət göstərir. Səsvermə hüququ olan vətəndaşların sayı 53446 nəfərdir. Şirvan şəhəri üzrə növbədənkənar parlament seçkilərində ümumilikdə 11 namizəd iştirak edir.
 
Şəhərin bütün məntəqələrində seçici fəallığı müşahidə olunur. Səsvermə saat 19:00-da başa çatacaq.
Xatırladaq ki, bu parlament seçkiləri ilk dəfə olaraq ölkəmizin bütün suveren ərazisində keçirilir.
Keçidlər