Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov “Şirvan” futbol klubunun üzvləri ilə görüşüb.

20 may 2025 | 13:09

Mayın 20-də Şirvan Şəhər İcra Hakimiyyətində 2024/2025-ci illər mövsümü üçün Azərbaycan Futbol Federasiyaları Assosiasiyası tərəfindən Həvəskarlardan ibarət komandalar arasında keçirilən AFFA Region Liqasında uğurla çıxış edərək final mərhələsinə vəsiqə qazanan “Şirvan” futbol klubunun üzvləri ilə görüş keçirilib.

Görüşdə Milli Məclisinin VI çağırış deputatı İltizam Yusifov, “Şirvan” futbol klubunun rəhbərliyi, məşqçi heyəti və komandanın üzvləri iştirak ediblər.

Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ölkəmizdə idman sahəsinə olan xüsusi diqqət və qayğısından bəhs edib, əldə etdikləri nailiyyət münasibətilə “Şirvan” futbol klubunun rəhbərliyinə və klubun bütün üzvlərinə təbriklərini çatdırıb, final qarşılaşmasında uğurlar arzulayıb.

Milli Məclisinin VI çağırış deputatı İltizam Yusifov, “Şirvan” futbol klubunun vitse-prezidenti Taleh Məmmədov Şirvan şəhərində idmana olan maraq, “Şirvan” futbol klubunun yaranması, fəaliyyəti və nailiyyətləri barədə ətraflı məlumat veriblər.

Görüşdə “Şirvan” futbol klubunun prezidenti Ramil Tağıyevə 44 günlük Vətən müharibəsində qazanılan qələbənin şərəfinə Şirvan şəhərində ucaldılmış “Zəfər abidəsi” xatirə hədiyyəsi, klubun üzvlərinə xatirə hədiyyələri təqdim olunub.

Həmçinin şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasova “Şirvan” futbol klubunun imzalı futbol topu təqdim edilib. Sonda xatirə şəkli çəkilib.

Keçidlər