Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov vətəndaş qəbulu keçirib.
Dövlət başçısının vətəndaş müraciətlərinə obyektiv və operativ baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq tapşırıq və göstərişlərinə uyğun olaraq, sentyabrın 23-də şəhər İcra Hakimiyyətində vətəndaş qəbulu keçirilib.
Şəhər İcra Hakimiyyəti başçısının müavinlərinin, şöbə müdirlərinin, aidiyyəti təşkilat və xidmət sahələrinin rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda vətəndaşları narahat edən məsələlərlə yaxından tanış olunub, müraciət və təklifləri dinlənilib.
Qəbul zamanı şəhid ailələrinin üzvlərinin, müharibə iştirakçılarının və bu kimi həssas kateqoriyadan olan şəxslərin müraciətləri növbədənkənar dinlənilib, digər vətəndaşlar isə növbəlilik əsasında qəbul ediliblər.
Qəbulda vətəndaşların əsasən mənzil-məişət şəraitinin yaxşılaşdırılması, məşğulluq, eləcə də digər məsələlərlə bağlı problemləri dinlənilib, vətəndaşların müraciətlərində qaldırılan məsələlərin bir qismi yerindəcə həll olunub. Araşdırma tələb edən müxtəlif məsələlər aidiyyəti məsul şəxslərin iştirakı ilə müzakirə edilib, qanunamüvafiq izahatlar verilərək həlli nəzarətə götürülüb.
Eləcə də, digər mövzularla bağlı aidiyyəti qurumlara müraciət etmələri vətəndaşlara tövsiyə olunub.
Qəbulda iştirak edən vətəndaşlar müraciətlərinə həssaslıqla yanaşılmasından məmnunluqlarını bildirərək, yaradılan şəraitə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Məlumat üçün bildiririk ki, vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin və əlçatanlığının artırılması, eləcə də müraciət prosesinin daha rahat və operativ həyata keçirilməsi məqsədilə vətəndaşlar “myGov” platforması vasitəsilə müraciət edə bilərlər.
Aşağıdakı keçiddən istifadə etməklə birbaşa xidmət səhifəsinə keçid edə bilərsiniz:
Xidmətə keçid linki: https://my.gov.az/serviceCategories/52f0ccb5-059a-4589-9777-e9f5208b4d91






