Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasovun 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə təbriki

30 dekabr 2025 | 14:40

Əziz şirvanlılar!

Sizi 31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni-2026-cı il münasibətilə səmimi-qəlbdən təbrik edir, hər birinizə cansağlığı, xoş  əhval-ruhiyyə və sevincli günlər arzulayıram!

Ulu Öndər Heydər Əliyevin milli birliyimizə və həmrəyliyimizə xidmət edən fəaliyyəti sayəsində dekabr ayının 31-i Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan olunmuş, dünya azərbaycanlılarının qurultayı keçirilmiş, soydaşlarımızın vahid ideologiya, mənəvi dəyərlər ətrafında birliyi təmin edilmişdir. 31 dekabr milli birlik, Azərbaycana məhəbbət, milli-mənəvi dəyərlərimizə hörmət, Vətənə bağlılıq hisslərini özündə təcəssüm etdirən, bütün azərbaycanlıların həmrəyliyi günüdür.

Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu müdrik dövlətçilik siyasəti bu gün Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında davamlı inkişaf edir, müstəqilliyimiz daha da möhkəmlənir, Azərbaycanın beynəlxalq nüfuzu gündən-günə artır.

Bu gün xalqımız birlik və bərabərliyimizin bariz nümunəsi olan həmrəylik günümüzü şanlı Qələbənin doğurduğu yüksək əhval-ruhiyyə şəraitində qeyd edir.

Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qazanılmış və hər bir Azərbaycanlının sevinc və qürur hissinə çevrilmiş bu qələbədə canlarından keçməklə xalqımızın azadlığı uğrunda qəhrəmanlıq dastanı yazan bütün Şəhidlərimizin əziz xatirəsini bir daha ehtiramla yad edirik.

Eyni zamanda, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti çox hörmətli Mehriban xanım Əliyevanın humanizm, sosial rifah, mədəniyyət və milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində həyata keçirdiyi fəaliyyət ölkəmizin inkişafına mühüm töhfələr verir.

Geridə qoyduğumuz 2025-ci il Şirvan şəhəri üçün də uğurlarla yadda qalmış, abadlıq-quruculuq işləri, sosial layihələr və infrastrukturun yenilənməsi sahəsində mühüm addımlar atılmışdır. Bütün bu nailiyyətlər dövlətimizin apardığı uğurlu siyasətin yerli səviyyədə təzahürüdür.

Əziz şirvanlılar, bir daha Sizi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə ürəkdən təbrik edir, sağlıq, səadət və uğur dolu günlər arzulayıram!

Bayramınız mübarək! 

 

 

 

 

       Dərin hörmətlə,

       Şirvan Şəhər İcra Hakimiyyətinin  başçısı                                       İlqar Abbasov

 

Keçidlər