Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasovun Pasxa bayramı münasibətilə Şirvan şəhərinin pravoslav xristian icmasına təbriki
Əziz həmvətənlər və rus icmasının üzvləri!
Sizi müqəddəs Pasxa bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə cansağlığı və rifah arzulayıram!
Azərbaycan əsrlər boyu müxtəlif mədəniyyətlərin dinc yanaşı yaşadığı tolerantlıq mərkəzi olmuşdur. Şəhərimizin ictimai həyatında fəal iştirak edən rus icması və digər xristian vətəndaşlarımız bizim ayrılmaz parçamızdır. Rus icması şəhərimizin ictimai-siyasi və mədəni həyatında özünəməxsus yer tutur, birgəyaşayış ənənələrimizin zənginləşməsinə böyük töhfələr verir.
Tolerant və multikultural ənənələrə malik Şirvan şəhərində pravoslav xristian icması öz dini etiqad və inanclarını, adət-ənənələrini, bayram və mərasimlərini azad və sərbəst şəkildə icra edirlər. Hər il şəhərimizdə ənənəvi keçirilən Pasxa bayramı xeyirxahlığın, mərhəmət və şəfqət duyğularının ifadəsinə çevrilib.
Qoy bu mübarək gün hər bir ocağa ruzi-bərəkət və sevinc gətirsin!
Bayramınız mübarək!
Şirvan Şəhər İcra
Hakimiyyətinin başçısı İlqar Abbasov






