Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasovun Qurban bayramı təbriki
Əziz şirvanlılar!
Sizi İslam aləminin ən müqəddəs və əziz bayramlarından biri olan Qurban bayramı münasibətilə səmimi-qəlbdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, ailə səadəti, firavanlıq və süfrənizə bol ruzi-bərəkət arzulayıram!
Qurban bayramı dünya müsəlmanlarının mənəvi birlik rəmzi olmaqla yanaşı insanlar arasında mərhəməti, yardımlaşmanı, həmrəyliyi və birliyi daha da gücləndirir. Qurbanlıq ibadətinin mənəvi kökündə Allaha yaxınlıqla yanaşı, insanlara sevgi, fədakarlıq və paylaşmaq kimi ali dəyərlər, dövlətimizin əbədiliyi, xalqımızın tərəqqisi və şəhidlərimizin ruhu üçün duaların edilməsi dayanır. Xalqımız əsrlər boyu bu dəyərlərə sadiq qalmış, dini-mənəvi irsini qorumuş və bu gün də həmin ənənələri yaşatmaqda davam edir.
Əziz şirvanlılar!
Sizi bir daha bu mübarək bayram münasibətilə ürəkdən təbrik edirəm!
Arzu edirəm ki, Qurban bayramı hər birinizin qəlbinə sevinc, evinizə firavanlıq, ailənizə bərəkət gətirsin. Qoy bu bayram bizləri birliyə, həmrəyliyə, xeyirxahlığa daha da yaxınlaşdırsın. Kəsilən qurbanlar, edilən dualar Uca Allah tərəfindən qəbul olunsun!
Qurban bayramınız mübarək olsun!