Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasovun Qurban bayramı təbriki

27 may 2026 | 12:24

Əziz şirvanlılar!

Sizi İslam aləminə hüzur, qardaşlıq və paylaşmaq sevinci bəxş edən, xalqımızın əsrlər boyu uca tutduğu müqəddəs Qurban bayramı münasibətilə səmimi-qəlbdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, ailə səadəti, firavanlıq və süfrənizə bol ruzi-bərəkət arzulayıram!

Milli dövlətçilik tariximizin şanlı səhifəsi olan Müstəqillik Günü ərəfəsində qeyd etdiyimiz müqəddəs bayram mənəvi sevinci və qürurumuzu ikiqat artırır. Ölkəmizdə dini-mənəvi dəyərlərin qorunması, adət-ənənələrimizin yaşadılması hər zaman Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin fəaliyyətinin əsas məramlarından biri olmuşdur. Dövlət Başçımızın rəhbərliyi ilə qazanılan tarixi qələbələr və ölkəmizin tərəqqisi, müqəddəs bayram günlərində xalqımızın azadlığı naminə canından keçən şəhidlərimizin əziz ruhuna bəxş edilən ən böyük töhfədir. Dualarımızla və sarsılmaz birliyimizlə şəhidlərimizin əbədi xatirəsini hər zaman uca tutacaq, bu müqəddəs amalı əsrlər boyu yaşadacağıq.

Əziz şirvanlılar!

Sizləri bir daha bu müqəddəs bayram münasibətilə səmimi-qəlbdən təbrik edirəm!

Rəhmət və mərhəmət rəmzi olan Qurban bayramı evlərinizə bərəkət, ailələrinizə firavanlıq və qəlblərinizə hüzur gətirsin! Etdiyiniz bütün ibadətlər və kəsilən qurbanlar Uca Allah dərgahında qəbul olunsun!

Qurban bayramınız mübarək olsun!

Keçidlər