Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı “Konstitusiya və Suverenlik İli” çərçivəsində Müstəqillik Günü münasibətilə şəhid ailələri ilə birlikdə Şəhidlər Xiyabanını ziyarət edib.

29 may 2025 | 16:06

Mayın 29-da şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, Dövlət Təhlükəsizliyi Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi Mehman Qasımov,  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi Ramil Əhmədov, şəhər İcra Hakimiyyəti başçısının müavinləri, din xadimləri və şəhid ailələri ilə birlikdə Şəhidlər xiyabanını ziyarət ediblər.

Öncə Birinci Qarabağ müharibəsində Şirvan şəhərindən itkin düşən şəhidlərin xatirəsinə ucaldılmış abidənin önünə tər güllər düzülüb. Sonra Birinci və İkinci Qarabağ müharibəsi şəhidlərinin məzarları ziyarət olunub, ailələrinə səbir dilənib.

Şəhid analarının şərəfinə ucaldılan “Şəhid Anası” memorial abidə kompleksini ziyarət edildikdən sonra şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov  Müstəqillik Gününün Azərbaycan tarixində son dərəcə əlamətdar gün olduğunu qeyd edərək Şirvan şəhərində də silsilə tədbirlərin keçirildiyini vurğulayıb. Həmçinin ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman övladlarımızın əziz xatirəsinin dövlətimiz və xalqımız tərəfindən həmişə olduğu kimi, bundan sonra da daim uca tutulacağını vurğulayıb. Ölkə Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyeva tərəfindən şəhid ailələrinə və müharibə iştirakçılarına dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan söz açıb, bu qayğının Şirvan şəhərində də davam etdirildiyini qeyd edib.

Sonra şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov şəhid ailələrini narahat edən məsələlərlə bağlı müraciət və təkliflərini dinləyib və aidiyyəti üzrə həlli üçün müvafiq tapşırıqlar verib.  Görüşdə iştirak edən şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci-vitse prezident, Mehriban xanım Əliyevaya təşəkkürlərini və minnətdarlıqlarını bildiriblər.

Allah bütün Şəhidlərimizə rəhmət eləsin!

Keçidlər