Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı noyabr ayının sonuncu cümə axşamı Şəhidlər Xiyabanını ziyarət edib, şəhid ailələri ilə görüşüb.

30 noyabr 2023 | 17:22

30 noyabr 2023-cü il tarixində Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Dövlət Təhlükəsizliyi Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi Mehman Qasımov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsinin  rəis müavini, şəhər İcra Hakimiyyəti başçısının müavinləri, din xadimləri və şəhid ailələri ilə birlikdə Şəhidlər Xiyabanını ziyarət ediblər. Öncə Birinci Qarabağ müharibəsində Şirvan şəhərindən itkin düşən şəhidlərin xatirəsinə ucaldılmış abidənin önünə gül dəstələri qoyulub. Sonra Birinci Qarabağ müharibəsi və Vətən müharibəsi şəhidlərinin məzarları ziyarət olunub, ailələrinə səbir dilənib.

Şəhid analarının şərəfinə ucaldılan “Şəhid Anası” memorial abidə kompleksini  ziyarət etdikdən sonra Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov  şəhid ailələrinə belə vətənpərvər, şücaətli, cəsur oğullar böyütdükləri üçün təşəkkürünü bildirib. Torpaqlarımızın azadlığı uğunda  qəhrəmancasına həlak olan şəhidlərin əziz xatirəsinin hər zaman yaddaşlarda yaşayacağını bildirib.  Öz qanları ilə Zəfər  tariximizi yenidən  yazan igidlərin adlarının tarixə əbədi həkk olunduğunu diqqətə çatdırıb. Şəhid ailələrinin dövlət başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın daim diqqətində olduğunu, onların sosial problemlərin həlli məqsədilə müvafiq dövlət siyasətinin həyata keçirildiyini qeyd edib. Bu diqqət və qayğının hər yerdə olduğu kimi Şirvan şəhərində də davam etdirildiyini, onların əziz xatirəsinin dövlətimiz və xalqımız tərəfindən həmişə olduğu kimi bundan sonra da daim uca tutulacağını vurğulayıb.

Sonra şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov şəhid ailələrini narahat edən məsələlərlə bağlı müraciət və təkliflərini dinləyib və aidiyyəti üzrə həlli üçün müvafiq tapşırıqlar verib.  Görüşdə iştirak edən şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci-vitse prezident, Mehriban xanım Əliyevaya təşəkkürlərini və minnətdarlıqlarını bildiriblər.

Mətbuat xidməti

Keçidlər