Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı Şirin Şükürov küçəsinin sakinləri ilə görüşüb.

01 iyul 2022 | 16:46

Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov 30 iyun 2022-ci il tarixdə Şirin Şükürov küçəsində sakinlərlə görüşüb. Görüşdə millət vəkili İltizam Yusifov, İcra Hakimiyyəti başçısının müavini, Şəhər Təsərrüfatı şöbəsinin müdiri Orxan İbrahimov da iştirak edib.Görüş zamanı Şəhər İcra Hakimiyyətinin başçısı Azərbaycan Respublikasının Prezidenti, Qalib Ali Baş Komandan cənab İlham Əliyevin əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəldilmiş fərman və sərəncamları barədə ətraflı məlumat verib və  qeyd edib ki, keçirilən belə görüşlərin əsas məqsədi sakinlərin problemlərini öyrənmək və onların operativ şəkildə həllinə nail olmaqdır.Sakinləri  narahat edən problemlər və içməli si ilə bağlı müraciətlər yerində araşdırılıb. Şəhər İcra Hakimiyyətinin başçısı problemlərin həlli ilə bağlı aidiyyəti qurumların fikirlərini öyrənib və müvafiq tapşırıqlar verib. Qaldırılan bir çox məsələlər  yerindəcə öz həllini tapıb.Görüşdə sakinlər onların problemlərinin həllinə diqqət və qayğı ilə yanaşan ölkə başçısı cənab İlham Əliyevə, Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını ifadə ediblər və hər zaman dövlət başçısının ətrafında sıx birləşdiklərini bildiriblər.

 

Mətbuat xidməti

Keçidlər