Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan Şəhər İcra Hakimiyyətinin məlumatı

16 oktyabr 2024 | 17:15

Son günlər respublika ərazisində havanın qeyri-sabit keçməsi, intensiv yağışların yağması bəzi şəhər və rayonlarda ciddi fəsadlar törədib.

Belə ki, oktyabrın 12-də Hacıqabul rayonuna yağan leysan xarakterli yağışlar nəticəsində yaranmış selin Hacıqabul şəhərinin infrastrukturuna, fərdi yaşayış evlərinə, küçələrə, inzibati binalara, strateji obyektlərə və digər yaşayış məntəqələrinə, eləcə də dəmir yolu və digər kommunikasiya xətlərinə ziyan dəymişdir.

Qeyri sabit hava şəraiti nəzərə alınaraq, Şirvan şəhərinin Baş planında şəhər ərazisində baş verə biləcək təbii fəlakət-subasma hallarının qarşısının alınması işinin təşkili üzrə komissiyanın yaradılması və müvafiq tədbirlərin görülməsi haqqında Şirvan Şəhər İcra Hakimiyyəti başçısının 28.08.2024-cü il tarixli 229 nömrəli sərəncamına əsasən Baş Şirvan Kollektorunun şəhər ərazisindən keçən hissəsinə və şəhərin şimal-şərq hissəsində yağan intensiv yağışlar nəticəsində yarana biləcək sel sularının Baş Şirvan Kollektoruna və Hacıqabul gölünə axıdılmasının təmin edilməsi məqsədilə mövcud torpaq məcralı selötürücü kanalların və digər mühəndis qurğularının vəziyyətinə şəhər İcra Hakimiyyətinin başçısı komissiya üzvlərinin iştirakı ilə baxış keçirib.

Komissiyanın üzvlərinə, idarə, təşkilat və müəssisələrin rəhbərlərinə məsələnin daim nəzarətdə saxlanılması, selötürücü kanalın bəzi hissəsində müvafiq tədbirlərin görülməsi, digər çatışmazlıqlar barədə mütəmadi olaraq məlumat verilməsi üçün müvafiq tapşırıqlar verilmiş və icrası nəzarətə götürülmüşdür.

Son zamanlar Respublika ərazisində havanın qeyri-sabit keçməsi, intensiv yağışların yağması şəhər və rayonlarda ciddi fəsadlar törətmişdir.

Belə ki, 12 oktyabr 2024-cü il tarixdə Hacıqabul rayonun ərazisində yağan leysan xarakterli yağışlar nəticəsində yaranmış selin Hacıqabul şəhərinin infrastrukturuna, fərdi yaşayış evlərinə, küçələrinə, inzibati binalarına, strateji obyektlərinə və digər yaşayış məntəqələrinə, eləcə də dəmir yolu və digər kommunikasiya xətlərinə dəymiş ziyanla əlaqədar olaraq və analoji halın Şirvan şəhərinin ərazisində də baş verməsinin qarşısının alınması məqsədi ilə şəhər ərazisində baş verə biləcək selin qarşısının alınması üçün nəzərdə tutulmuş selötürücü kanal, digər mühəndis qurğuları və onların yerləşdiyi ərazilərin yerində qiymətləndirilməsi qərara alınmışdır.

Şirvan şəhərinin Baş planında şəhər ərazisində baş verə biləcək təbii fəlakət-subasma hallarının qarşısının alınması işinin təşkili üzrə komissiyanın yaradılması və müvafiq tədbirlərin görülməsi haqqında Şirvan Şəhər İcra Hakimiyyəti başçısının 28.08.2024-cü il tarixli 229 nömrəli sərəncamına əsasən Baş Şirvan Kollektorunun şəhər ərazisindən keçən hissəsinə və şəhərin şimal-şərq hissəsində yağan intensiv yağışlar nəticəsində yaranan sel sularının Baş Şirvan Kollektoruna və Hacıqabul gölünə axıdılmasının təmin edilməsi məqsədilə mövcud torpaq məcralı selötürücü kanalların vəziyyətinə şəhər İcra Hakimiyyəti başçısı komissiya üzvləri ilə birlikdə baxış keçirmişdir.

Şəhər İcra Hakimiyyətinin başçısı tərəfindən komissiyanın üzvləri-idarə, təşkilat və müəssisələrin rəhbərlərinə məsələnin daim nəzarətdə saxlanılması, selötürücü kanalın bəzi hissəsində müvafiq tədbirlərin görülməsi, digər çatışmazlıqlar barədə mütəmadi olaraq məlumat verilməsi barədə müvafiq tapşırıqlar verilmiş və icrası nəzarətə götürülmüşdür.

Keçidlər