Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan Şəhər İcra Hakimiyyətinin Mətbuat xidmətinin məlumatı

03 aprel 2024 | 18:22
Hacıqabul rayon sakini, Vətən müharibəsi əlili Qocayev Kənan Davud oğlu bu gün səhər saatlarında intihara cəhd edib. İlk olaraq Hacıqabul Rayon Mərkəzi Xəstəxanasına aparılsa da, vəziyyəti ağır olduğundan sonradan Şirvan Şəhər Mərkəzi Xəstəxanasına gətirilib. Həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Mərhum bu gün böyüyüb boya-başa çatdığı Hacıqabul rayonu, Birinci Udullu kənd qəbiristanlığında dəfn ediləcək.
Məlumat üçün bildiririk ki, K.Qocayev Hacıqabul rayon Nəvahi kənd orta məktəbində “Hərbi rəhbər” vəzifəsində işləyirdi.
K.Qocayevə Allahdan rəhmət, ailəsinə və yaxınlarına səbir diləyirik!
Keçidlər