Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin məlumatı

04 iyun 2024 | 15:02
Sabah Birinci Qarabağ müharibəsində itkin düşmüş və şəxsiyyəti müəyyənləşdirilən şəhid Elman Çıraqovun dəfn mərasimi keçiriləcək.
 
Şəhid Çıraqov Elman Almaz oğlu 24.09.1971-ci ildə Əli Bayramlı şəhərində anadan olmuşdur. Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 21.08.1992-ci ildə cəbhə xəttinə yola düşmüşdür. Tərtər Könüllü Batalyonunun tərkibində aparılan döyüş əməliyyatlarında iştirak edən Elman Çıraqov 21.08.1994-cü ildə ildə Füzuli uğrunda gedən döyüş əməliyyatlarında itkin düşmüşdür. 1999-cu ildə Əli Bayramlı şəhər Xalq Məhkəməsinin qərarı ilə ona şəhidlik statusu verilmişdir.
 
Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən Elman Çıraqovun nəşinin olduğu yer müəyyən edilmiş, 05.06.2024-cü il tarixində, günün ikinci yarısı Şirvan Şəhidlər xiyabanında dəfn mərasiminin keçirilməsi nəzərdə tutulmuşdur.
 
Qeyd edək ki, Birinci Qarabağ müharibəsində itkin düşən Elman Çıraqov Tərtər Şəhidlər xiyabanında naməlum əsgər kimi dəfn edilmişdi.
Keçidlər