Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan Şəhər İcra Hakimiyyətinin Mətbuat xidmətinin məlumatı

15 mart 2024 | 12:36
Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov "Heydər Əliyevin 100 illiyi (1923-2023)" yubiley medalı ilə təltif edilib.
 
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2024-cü il, 2 fevral tarixli, 4289 nömrəli Sərəncamı ilə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı Abbasov İlqar Namaz oğlu, Şirvan şəhər sakini, şəhid atası Zülfüqarov Alim Səməd oğlu və Şirvan şəhər sakini, YAP veteranı Nəbiyev Paşa Sədi oğlu "Heydər Əliyevin 100 illiyi (1923-2023)" yubiley medalı ilə təltif ediliblər.
 
Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov ali təltifə, şirvanlılara verilən yüksək qiymətə görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə dərin minnətdarlığını ifadə edib. Bildirib ki, bundan sonra da, Ulu Öndər Heydər Əliyev irsinə sadiq qalaraq, cənab Prezidentin rəhbərliyi altında dövlətimizin və xalqımızın gələcək inkişafı naminə fəaliyyətində ona göstərilən etimadı doğrultmağa çalışacaqdır.
Keçidlər