Şirvan Şəhər İcra Hakimiyyətinin Mətbuat xidmətinin məlumatı
17 yanvar 2025 | 11:03
Şirvan Şəhər İcra Hakimiyyətinin müraciətinə əsasən “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Şirvan şəhərində qatarların və dəmir yolu istifadəçilərinin, avtomobillərin və piyadaların təhlükəsiz hərəkətinin təmin olunması məqsədilə görülən işlərin davamı olaraq, 16.01.2025-ci il tarixində Hacıqabul - Baş Şirvan mənzili 10 km pk3-də yerləşən qorunan dəmir yolu keçidində genişmiqyaslı təmir işləri görülmüşdür.
Təmir işləri zamanı qorunan dəmir yolu keçidinin döşəməsi və şpalları dəyişdirilib, əraziyə asfalt-beton örtüyü vurulub.