Şirvan Şəhər İcra Hakimiyyətinin Mətbuat xidmətinin məlumatı
29 oktyabr 2025 | 15:24
Oktyabrın 30-da Birinci Qarabağ müharibəsində itkin düşmüş və şəxsiyyəti müəyyənləşdirilən şəhid Cəmil Rəhimovun dəfn mərasimi keçiriləcək.
Şəhid kiçik çavuş Rəhimov Cəmil Nizami oğlu 05.06.1969-ci ildə Sabirabad rayonunun Cəngən kəndində anadan olmuşdur. Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 04.03.1992-ci ildə cəbhə xəttinə yola düşmüş, 08.05.1992-ci ildə Şuşa uğrunda aparılan döyüş əməliyyatlarında itkin düşmüşdür.
Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən Cəmil Rəhimovun nəşinin olduğu yer müəyyən edilmiş, 30.10.2025-ci il tarixində, saat 14:00-da Şirvan şəhər Şəhidlər xiyabanında dəfn mərasiminin keçirilməsi nəzərdə tutulmuşdur.






