Şriftin ölçüsü :

Saytın rəngi :

Mətbuat xidmətinin məlumatı

30 may 2024 | 17:33

Qarşıdan gələn Müqəddəs “Qurban bayramı” münasibətilə hər il olduğu kimi bu il də Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə I və II Qarabağ müharibəsi şəhidlərinin ailələri, müharibə iştirakçıları, aztəminatlı ailələr və bu kimi həssas kateqoriyadan olan vətəndaşlara Qurban payının verilməsi nəzərdə tutulmuşdur. Lakin bəzi sayt və sosial şəbəkə hesablarında “Şirvan Şəhər İcra Hakimiyyəti sahibkarlardan məcburi qurban payı yığır?” başlıqlı müxtəlif paylaşımlar edilmişdir.

Bildiririk ki, aztəminatlı ailələrin müraciətləri, sahibkarların Qurban bayramı ilə əlaqədar yardım təşəbbüsləri nəzərə alınaraq, şəhər İcra hakimiyyəti tərəfindən Qurban Bayramı üçün yardım aksiyası təşkil olunmuş və şəhər ərazisində fəaliyyət göstərən idarə,  müəssisə və təşkilatlara aksiyada iştirak etmək istədikləri halda Qurban paylarının Şirvan şəhər Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsinə təhvil vermələri xahiş olunmuşdur. Aksiyaya qoşulacaq müəssisələrə və sahibkarlara nümayəndələri və kollektivləri ilə birgə qurban payının paylanılmasında iştirak etmələri tövsiyə olunub.

Bir daha bütün KİV-ləri və sosial şəbəkə istifadəçilərini mahiyyəti dəqiqləşdirilməmiş, həqiqəti əks etdirməyən məlumatları yaymamağa çağırırıq. 

Mətbuat xidməti

Keçidlər