Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan şəhər İsmət Qayıbov adına parkda yenidənqurma və əsaslı təmir işləri aparılacaqdır.

02 sentyabr 2024 | 16:21

Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəyli ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2023-cü il tarixli Sərəncamının icrası ilə əlaqədar olaraq, Şirvan şəhərinin “Köhnə şəhər” hissəsində, Kür çayının sahilində yerləşən İsmət Qayıbov adına parkda yenidənqurma və əsaslı təmir işləri aparılacaqdır. Tarixi mənbələrdə parkın 1880-ci ildə bağ kimi salındığı qeyd edilir. Sovet Hakimiyyəti dövründə park “Lenin parkı”, 1991-ci ildən isə İsmət Qayıbov adına park adlandırılmışdır. Parkın ərazisində Sövet İttifaqı qəhrəmanı Şirin Şükürovun büstü ucaldılmışdır. Park Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli, 132 nömrəli Qərarı ilə ölkə əhəmiyyətli bağ, park, monimental və xatirə abidəsi kimi qeydiyyata alınmışdır.

Parkın mövcud ərazisi 2.5 hektardır. Uzun illər parkın ərazisində təmir işləri aparılmadığından yenidənqurulmasına və əsaslı təmir olunmasına kəskin ehtiyac yaranmışdır. Parkın mövcud vəziyyətini və şəhər əhalisinin çoxsaylı müraciətlərini nəzərə alaraq parkın yenidənqurma layihəsi hazırlanmışdır.

Layihə əsasında parkın ərazisində 1200 m2  -dən çox tamet tavalar döşənməsi, 3000 p.m-dən çox beton bordyurların düzülməsi, 5500 m2 asfalt-beton örtük vurulması, 650 p.m kabel xəttinin və 865 p.m su xəttinin çəkilməsi, 40 ədəd işıq dirəyinin quraşdırılması, 30 ədəd müasir oturacağın və 30 ədəd tullantı qutusunun, 1 ədəd park informasiya lövhəsinin qoyulması, müxtəlif idman və uşaq-əyləncə qurğularının yerləşdirilməsi nəzərdə tutulur. Parkda müxtəlif növ ağac və gül kolları əkiləcək, gül kompozisiyaları yaradılacaqdır. Eyni zamanda parkda mövcud giriş hissə, istinad divarı, sanitar qovşağı, əsaslı təmir olunacaq, səhnə və mədəni-kütləvi tədbirlər meydanı yaradılacaqdır.

Keçidlər