Şirvan şəhər Mədəniyyət Mərkəzində 10 mart -Milli Teatr Gününə həsr olunmuş tədbir keçirildi.
Tədbirin əvvəlində Mədəniyyət Mərkəzində səhnələşdirilmiş tamaşaların fraqmentlərindən ibarət video çarx nümayiş olunub. Daha sonra Mədəniyyət Mərkəzinin həvəskar aktyorlarının ifasında "O olmasın bu olsun", "Şirbalanın məhəbbəti" ,"Qaynana" tamaşalarından kiçik səhnəciklər nümayiş olunub. Sonda çıxış edənlər Azərbaycan teatrının tarixi M.F.Axundovun 1873-cü ilin mart və aprel aylarında Bakıda səhnəyə qoyulan "Lənkəran xanın vəziri" və "Hacı Qara" tamaşalarından başlanmasını,H.Zərdabinin təşəbbüsü, N.Vəzirov və Ə.Adıgözəlovun yaxından iştirakı ilə realni məktəbin şagirdləri tərəfindən göstərilən bu ilk həvəskar tamaşaların milli teatrın yaranması üçün qüdrətli təkan olmasını vurğulayıblar.Nümayiş olunan tamaşalar tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.