Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan şəhər Mədəniyyət Mərkəzində "Dahilər yurdu Şuşa" adlı tədbir keçirilib.

03 iyun 2022 | 14:37
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən 2022-ci ilin ölkəmizdə “Şuşa ili” elan edilməsi ilə əlaqədar Şirvan şəhərində silsilə tədbirlər keçirilir.
3 iyun 2022-ci il tarixdə Şirvan Şəhər İcra Hakimiyyətinin və Şirvan şəhər Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə “Şuşa ili”nə həsr olunmuş “Dahilər yurdu Şuşa” adlı tədbir keçirilib.
Tədbirdə Şirvan Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-Dini qurumlarla işin təşkilatçısı Adəm Hüseynov, Sabirabad Regional Mədəniyyət İdarəsinin rəisi Fərid Qurbanzadə, rəisi müavini Əziz Abbasov, Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecinin direktoru Barxudar Barxudarov, ümumtəhsil məktəblərinin müəllim və şagird kollektivləri, mədəniyyət işçiləri, şəhər ictimaiyyətinin nümayəndələri iştirak edib.
Tədbir iştirakçıları əvvəlcə Şirvan Dövlət Rəsm Qalereyasının, Şirvan şəhər Mədəniyyət Mərkəzinin rəsm və yaradıcılıq dərnəyinin üzvlərinin əl işlərindən, Şuşanın tarixi və mədəniyyətini əks etdirən kitablardan ibarət sərgi və tanış olublar. 21 nömrəli tam orta məktəbin şagirdlərindən ibarət rəqs kollektivinin ifasında "Şuşanın dağları" adlı rəqs iştirakçılar tərəfindən alqışlarla qarşılanıb.
Sonra Mədəniyyət Mərkəzində həvəskar rejissor-ssenarist Elşən İsmayılın "Dahilər yurdu Şuşa" adlı tamaşasının təqdimatı keçirilib. Tamaşa geniş auditoriya tərəfindən maraqla izlənilib. Şuşanın tarixi, böyük şəxsiyyətləri, tanımış ziyalıları haqqında məlumat və epizodlar tamaşaçılarda Şuşanın keçmişi və bu günü barədə geniş təəssürat yaradıb.
Tamaşadan sonra Sabirabad Regional Mədəniyyət İdarəsinin rəisi Fərid Qurbanzadə və Şirvan Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-Dini qurumlarla işin təşkilatçısı Adəm Hüseynov tamaşanın aktyor heyəti ilə görüşərək onları təbrik edib, daha böyük yaradıcılıq uğurları arzulayıblar. Sonda yaradıcı heyətlə xatirə şəkli çəkilib.
Şirvan şəhərində “Şuşa ili”nə həsr olunmuş tədbirlər davam edir.
 
Mətbuat xidməti
 
Keçidlər