Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan şəhər Mədəniyyət Mərkəzində Hüseyn Cavidin 140 illik yubleyinə həsr olunmuş tədbir keçirilib.

30 oktyabr 2022 | 17:00
Şirvan şəhər Mədəniyyət Mərkəzinin "Energetik"klubunun təşkilatçılığı ilə Mədəniyyət Mərkəzində Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, mütəfəkkir şair və dramaturq Hüseyn Cavidin 140 illik yubleyinə həsr olunmuş "Cavid əbədi deməkdir"adlı tədbir keçirilib.
Tədbiri giriş sözü ilə Mədəniyyət Mərkəzinin direktoru Nəmini Nəmidə açıb. Ölkə başçısı cənab İlham Əliyevin Hüseyn Cavidin 140 illiyinin qeyd edilməsi haqqında Sərəncam imzaladığını, bununla bağlı ölkəmizin hər yerində silsilə tədbirlər keçirildiyini bildirib.
Sonra Hüseyn Cavidin yaradıcılığı, lirikası və dramaturgiyası haqqında 18 nömrəli məktəbin müəllimi İbrahim Həssas geniş mövzuda çıxış edib. “Mənim Tanrım gözəllikdir, sevgidir”, - deyən Hüseyn Cavidin dramaturq olmazdan öncə romantik şair, sevgi və gözəllik aşiqi kimi tanındığını, onun poeziyasında dərin həyat fəlsəfəsi, sağlam məntiq, insan kamalına möhkəm inamın öz əksini tapdığını qeyd edib. Azərbaycan ədəbi-bədii fikrinin inkişafında müstəsna rol oynamış böyük söz ustası Hüseyn Cavidin həyat və yaradıcılığına həsr olunmuş tədbirlərin qeyd olunmasının əhəmiyyətini xüsusi vurğulayıb.
Şirvan şəhər 21 və 9 nömrəli tam orta məktəblərin şagirdləri şairin şerlərini səsləndiriblər.
"İblis" dramından iblisin monoloqu Akif Məmmədovun çıxışı tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.
"Cavid Əfəndi"obrazını həvəskar aktyor Rövşən Babayev canlandırıb.
 
 
Mətbuat xidməti
Keçidlər