Şirvan Şəhər Mərkəzi Xəstəxanasında göz müayinəsi aksiyası təşkil olunur.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 100 illiyi ərəfəsində Şirvan Şəhər İcra Hakimiyyətinin və Şirvan Şəhər Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsinin birgə təşkilatçılığı ilə tibbi aksiya keçirilir. Şirvan Şəhər Mərkəzi Xəstəxanasının həkim-oftalmoloqlar tərəfindən tibbi aksiya çərçivəsində Şirvan sakinlərinin göz müayinələri təşkil olunur. İxtisaslı həkimlər müayinələrin nəticələrinə uyğun olaraq, onlara müalicə ilə bağlı tövsiyələri verir. Tibbi aksiyada iştirak edən şəhər sakinləri səhiyyə sistemində yaradılan şəraitə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident, hörmətli Mehriban xanım Əliyevaya minətdarlıqlarını ifadə ediblər.
Mətbuat xidməti