Şirvan şəhəri ilə Manisa şəhəri qardaşlaşdı.
08 sentyabr 2023 | 17:30
Sentyabrın 8-də Şirvan şəhəri ilə Türkiyənin Manisa şəhəri arasında dostluq və qardaşlıq haqqında protokol imzalanıb.
İmzalanma mərasimində Manisa Böyükşəhər Bələdiyyəsinin sədri Cengiz Ergün, Şirvan Bələdiyyəsinin sədri Kürdoğlu Muradov, Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Aynur Fərzəliyeva və digər rəsmi şəxslər iştirak edib.
Tərəflər arasında birgə program, layihələr, qarşılıqlı səfərlərin təşkili, habelə təcrübə və məlumat mübadiləsi, incəsənət, mədəniyyət və digər sahələrdə əməkdaşlıq nəzərdə tutulub.