Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan şəhərində “1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibətilə bayram tədbiri keçirilib.

01 iyun 2023 | 22:46

01.06.2023-cü il tarixində “Heydər Əliyev İli” çərçivəsində “1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibətilə şəhərin mərkəzi meydanında ucalan Ulu öndər Heydər Əliyevin abidəsi önündə “Uşaqlar bizim gələcəyimizdir” mövzusunda bayram tədbir keçirilib. Tədbirdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, Şirvan Şəhər Polis Şöbəsinin rəisi Fizuli Əhmədov, şəhərin hüquq mühafizə orqanlarının rəhbərləri, şəhər İcra Hakimiyyətinin məsul əməkdaşları, ictimaiyyət nümayəndələri, ümumtəhsil və məktəbəqədər təhsil müəssisələrinin müəllim və şagird kollektivləri, şəhid və qazi övladları, onların ailə üzvləri iştirak edib. Öncə şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov şəhid və qazi uşaqları və müsabiqələrdə nailiyyət əldə etmiş şagirdlərlə birlikdə Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül-çiçək dəstələri düzüblər. Sonra tədbir iştirakçıları şəhərin ümumtəhsil məktəb şagirdlərinin Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr etdikləri əl işlərindən və vətənpərvərlik mövzusunda rəsm əsərlərindən ibarət sərgi ilə tanış olublar. Şəhər İcra Hakimiyyətinin başçısı sərgidə iştirak edən həvəskar rəssamlarla görüşüb, onları təbrik edib, yaradıcılıq uğurları arzulayıb. Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov çıxış edərək, bayram şənliyinə toplaşan çoxsaylı uşaqları “1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibəti ilə təbrik edib, onlara cansağlığı, xoşbəxt gələcək və təhsillərində uğurlar arzulayıb. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət uşaq siyasətini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın uşaqlara olan xüsusi diqqət və qayğısından söz açaraq, ölkəmizdə uşaq hüquqlarının təmin olunmasına mühüm əhəmiyyət verildiyini diqqətə çatdırıb. Dövlət başçısının  müvafiq sərəncamı ilə 2009-cu ilin ölkəmizdə “Uşaq ili” elan edilməsinin uşaqlara sonsuz qayğısının bariz nümunəsi olduğunu bildirib. Tədbirdə şəhərin ümumtəhsil və məktəbəqədər təhsil müəssisələrinin şagird və uşaqlarının hazırladığı mahnı, rəqs və idman nömrələri nümayiş olunub. Daha sonra tədbir uşaqlar üçün əyləncəli-musiqili proqram ilə davam edib.

Keçidlər