Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan şəhərində 2022-ci ildə “Mülki müdafiə sahəsində görülmüş işlərin yekunları və 2023-cü ildə qarşıda duran vəzifələr” mövzusunda müşavirə keçirilib.

28 noyabr 2022 | 18:48

28 noyabr 2022-ci il tarixdə Şirvan şəhər İcra Hakimiyyətinin akt zalında Yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının, şəhər tabeli obyektlərin və mülkiyyət formasından asılı olmayaraq idarə, müəssisə və təşkilatların rəhbərlərinin iştiraki ilə “Mülki müdafiə sahəsində 2022-ci ilin yekunu, 2023-cü ildə qarşıda duran vəzifələr” mövzusunda müşavirə keçirilib. Müşavirədə çıxış edən Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Məharət Mustafayev tədbirin əhəmiyyətindən bəhs edib, mülki müdafiə sahəsində birgə fəaliyyətin vacibliyini və əməkdaşlığın əhalinin təhlükəsizliyinin təmin olunması istiqamətində mühüm rol oynadığını vurğulayıb. Sonra Muğan Regional Mərkəzinin Mülki müdafiə idarəsinin rəisi polkovnik Rafiq Zeynalov, Mülki Müdafiə Tədbirlərinin Planlaşdırılması Şöbəsinin rəisi kapitan Anar Sadıqov çıxış edərək şəhər ərazisində mülki müdafiə sahəsində mövcud vəziyyət və problemlər, onların həlli həmçinin idarə, müəssisə və təşkilatlarda, habelə təhsil müəssisələrində mülki müdafiə sahəsində və 2023-cü ildə qarşıda duran vəzifələrlə bağlı ətraflı məlumatlar verib. Fövqəladə hadisələr zamanı mülki müdafiənin əhəmiyyəti, təşkili, mülki müdafiə tədbirlərininin icra vəziyyətindən danışaraq, bu sahədə idarəetmə orqanlarının qarşılıqlı fəaliyyətinin vacibliyini önə çəkib. Fövqəladə halların nəticələrinin aradan qaldırılması istiqamətində qarşılıqlı fəaliyyətin əhəmiyyətindən bəhs edib.  Bildirib ki,insanların təhlükəsizliyi və təsərrüfat obyektlərinin dayanıqlı fəaliyyəti mülki müdafiənin necə təmin olunmasından aslıdır. Bu məqsədlə böyük yanğınlar, texnogen və təbii fəlakətlər, və digər fövqəladə hallarla səmərəli mübarizə aparmaq üçün qüvvə və vasitələrin daim hazır vəziyyətdə saxlanılması, təlim və məşğələlərin keçirilməsi, əhalinin maarifləndirilməsi zəruridir. Müşavirənin sonunda mövzuyla bağlı müzakirələr aparılıb, suallar cavablandırılıb.

 

Mətbuat xidməti

Keçidlər