Şirvan şəhərində 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə tədbir keçirilib.
25 iyun 2022-ci il tarixdə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının N saylı hərbi hissəsində 26 iyun - Azərbaycan Respublikası Silahlı Qüvvələri Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilməsi ilə başlayıb. Sonra torpaqlarımızın düşmən işğalından azad olunması uğrunda canlarından keçən şəhidlərimizin unudulmaz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş nitqi ilə Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının N saylı hərbi hissəsinin komandiri, mayor Bəhruz Abışov açaraq Silahlı Qüvvələr Günü münasibətilə şəxsi heyəti təbrik edib və dövlətimizin müstəqilliyinin və ərazi bütövlüyünün daimi olmasını arzulayıb.
Şirvan Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-Dini qrumlarla işin təşkilatçısı Adəm Hüseynov çıxış edərək Ümummilli Lider Heydər Əliyevin 1993-cü il iyununda ölkəni dərin iqtisadi, siyasi böhrandan, acınacaqlı vəziyyətdən xilas etmək üçün ikinci dəfə siyasi hakimiyyətə qayıdışından, sülh və əmin-amanlığın bərpa edilməsi üçün mənfur düşmənlə atəşkəs əldə olunmasından bəhs edib. Ölkədə sabitlik bərqərar edildikdən sonra bütün sahələrdə olduğu kimi ordu quruculuğu sahəsində də inkişafa nail olunduğunu, Ulu Öndərin misilsiz xidmətləri və gərgin əməyi nəticəsində qısa zaman kəsiyində vahid komandanlıq prinsipi ilə idarə edilən nizami ordu yaradıldığını diqqətə çatdırıb. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin müdrik və uzaqgörən rəhbərliyi ilə zəngin maddi-texniki bazaya və yüksək döyüş qabiliyyətinə malik ordu formalaşdığını vurğulayıb. Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun 30 ilə yaxın müddət ərzində düşmən tapdağı altında qalan torpaqlarımızı işğaldan azad etməsindən, əsgər və zabitlərimizin nümayiş etdirdikləri igidlik və şücaət nümunələrindəndən danışıb. Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılan Vətən müharibəsindəki şanlı Qələbənin qazanılmasında ordumuzun ən müasir silahlardan istifadə etməklə, qısa müddət ərzində düşmənin hərbi texnikasının böyük hissəsini və xeyli sayda canlı qüvvəsini məhv etdiyini bildirib.
Şəhər 9 nömrəli tam orta məktəbin şagirdləri vətənpərvərlik mövzusunda bədii kompazisiya ilə çıxış ediblər.
Şirvan şəhər Mədəniyyət Mərkəzinin musiqiçilərdən ibarət kollektivinin ifasında Vətənə, orduya, qələbəyə həsr olunmuş mahnılar tədbir iştirakçıları tərəfindən çoğqu ilə alqışlanıb.
Mətbuat xidməti