Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan şəhərində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş silsilə tədbirlər keçirilir.

08 noyabr 2022 | 10:05

Şirvan şəhərində xalqımızın qəhrəmanlıq salnaməsinə çevrilən 8 Noyabr - Zəfər Gününə həsr olunmuş silsilə tədbirlər keçirilir.
Zəfər Günü münasibətilə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, millət vəkili İltizam Yusifov, Şura üzvləri, İcra Hakimiyyəti aparatının məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, müharibə iştirakçıları, ictimaiyyət nümayəndələri şəhərin mərkəzində Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül-çiçək dəstələri düzərək əziz xatirəsinə ehtiramlarını ifadə ediblər.
Sonra Şirvan Şəhər İcra Hakimiyyətinin və Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə  Şirvan Şəhər Heydər Əliyev Mərkəzində məktəblilərin və gənc rəssamların əl işlərindən və rəsm əsərlərindən ibarət sərgiyə baxış keçirilib. Sərgidə Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun Vətən Müharibəsində göstərdiyi qəhrəmanlıq və qazanılmış möhtəşəm tarixi Zəfər,  Qələbədən sonra Qarabağda irimiqyaslı bərpa-quruculuq işləri, “Dəmir Yumruq”, “Qarabağ mənzərələri”, “Şuşa qalası”, Vətən Müharibəsinin rəmzinə çevrilmiş “Xarıbülbül”, Şirvan şəhərindəki “Zəfər Abidəsi” və s. mövzular əhatə olunub.
Sərgi tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Sərgi ilə tanışlıqdan sonra Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov tədbir iştirakçılarının timsalında şəhər sakinlərini Şanlı Zəfər Günü münasibətilə təbrik edib, xoş arzularını çatdırıb. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər  Ali Baş Komandanı cənab İlham Əliyevin  rəhbərliyi ilə 44 gün davam edən və rəşadətli Ordumuzun qələbəsi ilə başa çatan Vətən müharibəsində vətənimizin ərazi bütövlüyü uğrunda Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin, o cümlədən Şirvan gənclərinin göstərdiyi qəhrəmanlıq  və şücaətlərdən danışıb. Tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrilən 8 Noyabr-Zəfər Gününü bizlərə bəxş edən Qalib Ali Baş Komandana, əsgər və zabitlərimizə minnətdarlığını bildirib, şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbir, qazilərimizə şəfalar diləyib. İşğaldan azad edilən torpaqlarımızda aparılan abadlıq-quruculuq işlərinin hər birimizdə sabaha, dövlətimizin daha da inkişafına və çiçəklənməsinə inam yaraydığını qeyd edib. Sonra çıxış edən millət vəkili İltizam Yusifov, Şirvan Appelyasiya məhkəməsinin sədri Vəli Abdullsyev, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov Vətən müharibəsinin Şanlı məqamlarından danışıblar. Anım və Zəfər günlərinin qeyd olunmasının əhəmiyyətindən bəhs ediblər. Zəfər Günü münasibətilə rəsm sərgilərinin, şeir, inşa müdabiqələrinin, tədbirlərin təşkilinin gənc nəslin vətənpərvərlik hisslərini gücləndirdiyini vurğulayıblar.

 

Mətbuat xidməti

Keçidlər