Şirvan şəhərində 9 noyabr “Dövlət Bayrağı Günü” münasibətilə “Hərəyə bir bayraq” adlı təbliğat aksiya keçirilib.
09 noyabr 2022 | 14:38

Heydər Əliyev adına meydana toplaşan gənclər şəhərin müxtəlif yerlərində, küçələrdə, park və xiyabanlarda sakinlərə yaxınlaşaraq Bayraq Günü haqqında məlumat veriblər. Gənclər şəhər sakinlərinin bayramlarını təbrik edərək onlara dövlət bayraqlarını təqdim ediblər. Bayramınız mübarək!