Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan şəhərində “Abad məhəllə”də yaşıllaşma işləri yekunlaşır.

02 iyun 2022 | 12:07
Əhalinin rifah halının yaxşılaşdırılması məqsədilə Şirvan şəhərinin mərkəzi meydanı və küçələri ilə yanaşı, məhəllələrdə də abadlıq-quruculuq işləri aparılır, yaşıllaşdırmaya xüsusi diqqət yetirilir.
“İDEA” İctimai Birliyinin təşəbbüsü ilə Şirvan şəhərində ikinci dəfə həyata keçirilən “Bizim həyət” layihəsi çərçivəsində M.İbrahimov küçəsi 4 nömrəli və 20 Yanvar küçəsi 4 A nömrəli yaşayış binalarının qarşısında salınan abad məhəllə sakinlərin səmərəli istirahətinə və şəhərin görkəminin gözəlləşməsinə xidmət edir.
Həyətin ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, yaşıllıq zolaqlarının genişləndirilməsi məqsədilə “Abad məhəllə”də 290 ədəd şam ağacı, 52 ədəd sərv ağacı, 13 ədəd dükorativ kol əkilmişdir. 1200 kv.metr çim-çəmən döşənmiş, 1900 kv.metr əraziyə qazon toxumu səpilmişdir.
Qeyd edək ki, Şirvan şəhəriinin müxtəlif ərazilərində qazonlaşma işi və gül-çiçəklərin əkilməsi prosesi davam etdirilir.
 
Mətbuat xidməti
Keçidlər