Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan şəhərində Ağsaqqallar Şurasının hesabat yığıncağı keçirildi.

08 sentyabr 2022 | 17:57

08 sentyabr 2022-ci il tarixdə YAP Şirvan Şəhər Təşkilatının iclas zalında Şəhər Ağsaqqallar Şurasının hesabat  yığıncağı  keçirilib. Şirvan şəhər Ağsaqqallar Şurasının hesabat yığıncağını Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov açıb. Başçı öncə yığıncaq iştirakçılarını salamlayıb. Yığıncaqda iştirak etdiyinə görə Respublika Ağsaqqallar Şurası sədrinin birinci müavini, Milli Elmlər Akademiyasının akademiki, Milli Məclisin Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanova təşəkkürünü bildirib. Yığıncaqda Şirvan şəhər Ağsaqqallar Şurasının sədri Fəxrəddin Rəhimov 2021-2022-ci illərdə şəhər Ağsaqqallar Şurasının gördüyü işlər barədə hesabat-məruzəsi ilə çıxış edib. Natiq Şuranın hesabat dövründə gördüyü işlərdən, əldə edilən nailiyyətlərdən danışıb. Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin və Birinci vitse-prezident, hörmətli Mehriban xanım Əliyevanın ağsaqqallara, ağbirçəklərə göstərdiyi diqqət və qayğını, onların bütün ağsaqqallara örnək, nümunə olan fəaliyyətlərini qeyd edib. Ağsaqqallara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident, hörmətli Mehriban xanım Əliyevaya minnətdarlığını ifadə edib. Yığıncaqda çıxış edən Şəhər Veteranlar Şurasının sədri Vaqif Qayıbov, Qadınlar Şurasının üzvü Səadət Quliyeva, QHT-lərin Regional Resurs Təlim Mərkəzinin direktoru Əli Mirzəyev, Ağsaqqallar Şurasının hesabat dövründə gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması, şəhərdə aparılan abadlıq, quruculuq işlərinin qorunması, karonavirus infeksiyasına qarşı mübarizə, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə və digər güzəşt hüquqlu ailələrlə aparılan işdən, ölkə Prezidentinin və şəhər rəhbərliyinin bu kateqoriyadan olan insanlara göstərdikləri diqqət və qayğıdan danışıblar. Ağsaqqallar Şurasının fəaliyyətini qənaətbəxş hesab ediblər. Yığıncaqda çıxış edən Respublika Ağsaqqallar Şurası sədrinin birinci müavini,  akademik, Milli Məclisin Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanov ölkəmizdə ağsaqqal hərakatının tarixindən, Ulu öndər Heydər Əliyevin dövlət başçısı olmaqla yanaşı, nüfuzlu ağsaqqal kimi beynəlxalq səviyyəli geniş fəaliyyətindən danışıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə 44 gün ərzində erməni işğalçılarını tarixi torpaqlarımızdan öncə hərbi, sonra isə sülh yolu ilə çıxarılmasının əhəmiyyətini qeyd edib. Anti-Azərbaycan mətbu orqanlarında ölkəmizə qara yaxmağa çalışanlara qarşı ağsaqqalların fəal münasibət bildirmələrini, əhali, xüsusilə gənclər arasında geniş maarifləndirmə işinin aparılmasının zəruriliyini vurğulayıb. Narkomaniya, boşanma hallarına qarşı maarifləndirmə tədbirlərinin əhatə dairəsinin daha da genişləndirilməsini tövsiyə edib. Ağsaqqalların tövsiyə və təşəbbüsləri ilə şəhərdə aparılan geniş miqyaslı abadlıq-quruculuq işlərindən razı qaldığını qeyd edib. Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov şəhərdə şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və digər aztəminatlı ailələrlə aparılan işlərdən, onlara göstərilən diqqət və qayğıdan, Şəhidlər Xiyabanında görülən abadlıq-quruculuq işlərindən, Birinci Qarabağ müharibəsində həlak olan şəhidlərin də qəbirüstü abidələrinin  ucaldılmasından, karonavirus infeksiyasına qarşı aparılan mübarizədən, əhalinin maarifləndirilməsi, vaksinasiya olunması sahəsində görülən işlərdən danışıb, göstərilən sahənin ağsaqqallarının fəaliyyətini dəyərləndirib, böyük xidmətlərini qeyd edərək yığıncağa yekun vurub.

           

 

  Mətbuat xidməti

Keçidlər