Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan şəhərində “Anım Günü” ərəfəsində şəhid ailələri və müharibə əlilləri ziyarət olunur

23 sentyabr 2025 | 17:26

Sentyabrın 23-də şəhər İcra Hakimiyyəti başçısının müavinləri və Aparatının əməkdaşları, şəhərdə fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların rəhbərləri 27 sentyabr - Anım Günü ərəfəsində ölkəmizin ərazi bütövlüyü, suverenliyi və tarixi torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlərdə canlarından keçmiş Şirvan şəhərindən olan Vətən müharibəsi şəhidlərinin ailələrini, həmçinin müharibə əlillərini ziyarət ediblər.

Görüşlərdə şəhidlərimizin xatirələri yad edilib, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun əldə etdiyi tarixi Zəfərdən, qəhrəman Vətən övladlarının göstərdikləri şücaətlərlə dolu döyüş yollarından bəhs olunub.

Şəhidlik zivəsinə yüksəlmiş qəhrəman Vətən övladlarının xatirəsinin hər zaman xalqımızın qəlbində yaşayacağı vurğulanıb.

Eyni zamanda Ordumuz tərəfindən qeyri-qanuni erməni silahlı dəstələrinin zərərsizləşdirilməsi, ölkəmizin konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə keçirilən lokal xarakterli antiterror tədbirlərində qazanılan uğurlardan söhbət açılıb.

Şəhidlərin ailə üzvləri və müharibə iştirakçıları göstərilən diqqət və qayğıya görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya razılıqlarını ifadə ediblər.

Keçidlər