Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan şəhərində Azərbaycan xalqının Ümummilli Lideri, Ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirilib.

09 dekabr 2022 | 17:58

Azərbaycan xalqının Ümummilli Lideri, Ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar Yeni Azərbaycan Partiyası Şirvan Şəhər Təşkilatının konfrans zalında “Heydər Əliyev müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusudur” mövzusunda keçirilən dəyirmi masada Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, şəhərin hüquq mühafizə orqanlarının, ictimai-siyasi qurumların rəhbərləri, Yeni Azərbaycan Partiyasının fəalları iştirak edib. İlk olaraq Ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, suverenliyi və tarixi torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olan şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov çıxış edərək Ulu Öndər Heydər Əliyevin doğma Azərbaycanımıza, xalqımıza, dövlət müstəqilliyimizin möhkəmlənməsinə, ordu quruculuğuna, ölkəmizdə əhalinin rifah halının yaxşılaşmasına, dünyəvi dövlət quruculuğuna xidmət edən şərəfli ömür yolundan, həyat və fəaliyyətindən danışıb.  Ümummilli liderin respublikaya rəhbərliyi dövründə ölkə iqtisadiyyatını hərtərəfli inkişaf etdirdiyini, Azərbaycan xalqının azadlığının, müstəqil dövlətçiliyinin iqtisadi, siyasi və hüquqi əsaslarını yaratdığını vurğulayıb. Ölkədə həyata keçirdiyi islahatlar, dünyanın ən böyük neft şirkətləri ilə bağladığı müqavilələr, apardığı diplomatik siyasəti sahəsində Azərbaycanın beynəlxalq aləmdə böyük nüfuz sahibinə çevrildiyini qeyd edib. Bildirib ki, Ümummilli liderin ideyaları və zəngin dövlətçilik irsi əsasında inkişaf yolunda inamla və qətiyyətlə addımlayan müasir Azərbaycan dövləti tarixinin ən qüdrətli dövrünü yaşayır, ölkəmizin müasir mənzərəsi, dünyanın siyasi sistemində yeri və rolu xalqımızda böyük ruh yüksəkliyi, gələcəyə böyük inam yaradır. Müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Ulu Öndər Heydər Əliyevin formalaşdırdığı unikal dövlətçilik modelini yeni çalarla zənginləşdirən, onu müasir dünyanın gerçəkliklərinə uyğun inamla davam etdirən möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müdrik rəhbərliyi altında ölkəmiz bütün sahələrdə böyük uğurlara nail olur, xalqımızın rifah halı, həyat səviyyəsi daha da yüksəlir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Ulu Öndər Heydər Əliyev siyasi kursunu layiqincə davam etdirməsi 44 günlük Vətən müharibəsində şanlı Zəfər qazanılmaqla sübuta yetirilmişdir. Şəhər İcra Hakimiyyətinin başçısı çıxışında vurğulayıb ki, möhtərəm Prezident cənab İlham Əliyev tərəfindən 2023-cü ilin “Heydər Əliyev İli” elan olunması barədə verilmiş Sərəncam insanların dövlətə, dövlət başçısına, onun həyata keçirdiyi siyasi kursa inamını daha da möhkəmləndirir. Tədbirdə çıxış edən Şirvan Apelyasiya Məhkəməsinin sədri Vəli Abdullayev, Yeni Azərbaycan Partiyasının Şirvan şəhər Təşkilatının sədri Zahir Qəhrəmanov, Şirvan Şəhər Ağsaqqallar Şurasının sədri Fəxrəddin Rəhimov, şəhid Zülfüqarlı Zeynalın atası Alim Zülfüqarov Ulu Öndər Heydər Əliyevin dövlət müstəqilliyimizə xidmət edən həyat və fəaliyyətinin ən önəmli məqamlarından danışaraq Ümummilli Liderin cismani yoxluğundan illər keçdikcə onun böyüklüyünün, bitib-tükənməyən irsinin daha dərindən dərk olunduğunu, Heydər Əliyev dühasının Azərbaycan tarixində yeri və rolu, xalqı, dövləti qarşısındakı misilsiz xidmətlərinin mahiyyəti açıldıqca daha da zənginləşdiyini bildiriblər. Ulu Öndər Heydər Əliyevin uca zirvəyə qaldırdığı Azərbaycan bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müdrik rəhbəriliyi altında uğurla inkişaf etdiyini qeyd ediblər. Sonda tədbir iştirakçıları ümummilli lider, Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən “Millət atası” sənədli filmə tamaşa ediblər.

 

 Mətbuat xidməti

Keçidlər