Şirvan şəhərində Bilik Gününə həsr olunmuş tədbirlər keçirilib.
15 sentyabr – Bilik Günü və yeni tədris ilinin başlanması münasibətilə Şirvan şəhərinin ümumtəhsil məktəblərində tədbirlər keçirilib.
Tədbirlərdə öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, suverenliyi uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavinləri və Aparatının əməkdaşları təşkil olunmuş tədbirlərdə iştirak edərək, şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasovun Bilik Günü münasibətilə təbriklərini kollektivə və tədbir iştirakçılarına çatdırıb, yeni tədris ilinin başlanması münasibətilə müəllim və şagirdlərə uğurlar arzulayıblar.
Tədbirlərdə məktəblilərin ifasında şeirlər səsləndirilib, mahnı və rəqs nömrələri nümayiş olunub.






