Şirvan şəhərində “Dinin siyasiləşdirilməsi milli təhkükəsizliyə təhdid kimi” mövzusunda maarifləndirici tədbir keçirilib.
18 sentyabr 2024 | 18:19
Sentyabrın 18-də Şirvan Şəhər İcra Hakimiyyəti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şirvan-Salyan regional bölməsinin birgə təşkilatçılığı ilə "Şirvan Gənclər evi" sosial xidmət müəssisəsində “Dinin siyasiləşdirilməsi milli təhkükəsizliyə təhdid kimi” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Rafail Nəsirov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şirvan-Salyan regional bölməsinin müdiri vəzifəsini icra edən Sənan Xəlilov, Şirvan Şəhər Polis Şöbəsinin İctimai təhlükəsizlik bölməsinin rəisi Ağaşirin Nəsibbəyli və gənclər iştirak ediblər.
Çıxışlar zamanı mövzunun aktuallığından bəhs olunub. Dinin siyasiləşdirilməsinin milli təhlükəsizliyə və mənəvi dəyərlərə təhdid olması, dini fanatizm, radikalizm və ekstremizmin təhlükələri barədə məlumat verilib, bununla mübarizə istiqamətində dövlətin həyata keçirdiyi tədbirlərdən bəhs edilib. İştirakçılar radikal dini təsirlərdən və yad dini ideologiyalardan qorunmanın vacibliyini qeyd edərək, xalqımızın zəngin milli-mənəvi, tolerant və multikultural dəyərlərinin fəal təbliğ edilməsinin əhəmiyyətini diqqətə çatdırıblar.
Sonda mövzu ətrafında tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, “Fitnə” sənədli filmi nümayiş etdirilib.