Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan şəhərində hemofiliya, talassemiya və digər irsi qan xəstəliklərindən əziyyət çəkən xəstələrə yardım məqsədilə könüllü qanvermə aksiyası keçirilib.

19 iyun 2026 | 16:26

İyunun 19-da Şirvan Şəhər İcra Hakimiyyəti və Şirvan Şəhər Mərkəzi Xəstəxanasının təşkilatçılığı, Səhiyyə Nazirliyinin “Respublika Qan Bankı PHŞ-nin dəstəyi ilə “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində həyata keçirilən aksiyada şəhər ictimaiyyətinin nümayəndələri, idarə, müəssisə və təşkilatların əməkdaşları iştirak ediblər.

Toplanan qan hemofiliya, talassemiya və digər irsi qan xəstəliklərindən əziyyət çəkən insanların müalicəsinə dəstək məqsədilə istifadə olunacaq.

Keçidlər