Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan Şəhərində “Heydər Əliyev İli” çərçivəsində ağacəkmə aksiyası keçirilib.

30 mart 2023 | 20:47

30 mart 2023-cü il tarixdə Şirvan Şəhərində  “Heydər Əliyev İli” çərçivəsində Ümummili lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş ağacəkmə kompaniyası keçirilib.
Aksiyanın keçirilməsində əsas məqsəd ölkəmizdə ətraf mühitin qorunmasına, ekoloji tarazlığın bərpasına və sağlamlaşdırılmasına hər zaman böyük əhəmiyyət vermiş Ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək, Ümummilli Liderin yaşıllaşdırma ənənələri irsini davam etdirmək, insanlar arasında ekoloji mədəniyyəti, təbiətə olan qayğı hissini təbliğ etməkdən ibarət olub. Məhəmməd Füzuli adına Mədəniyyət və İstirahət Parkında keçirilən aksiyada Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, millət vəkilləri Musa Quliyev, İltizam Yusifov, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, ŞİHB yanında Şura üzvləri,​ şəhərin hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrinin rəhbərləri, şəhid ailələrinin nümayəndələri iştirak edib.
Aksiya zamanı qeyd olunan ərazidə 150-yə yaxın ağac əkilib, onlara aqrotexniki qulluq göstərilib, yaşıllıq zonasında təmizlik işləri aparılıb.
Qeyd edək ki dahi rəhbər Heydər Əliyevin əsasını qoyduğu ekoloji siyasət hazırda onun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilərək ölkəmizdə ətraf mühitin mühafizəsi və ekoloji təhlükəsizliyin təmin edilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Şirvan şəhər ictimaiyyəti  də ağacəkmə aksiyalarında fəal iştirak edrək ətraf mühitə öz töhfəsini verir.

 

Mətbuat xidməti

Keçidlər