Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan şəhərində mövcud yaşıllıqlara mütəmadi qulluq göstərilir.

21 noyabr 2022 | 19:15

Ətraf mühitin qorunması və ekoloji vəziyyətin daha da yaxşılaşdırılması məqsədilə Şirvan şəhərində mövcud yaşıllıqlara mütəmadi qulluq göstərilir. Şəhər ərazisində  sanitar təmizlik daim nəzarətdə saxlanılır, təmizlik-abadlıq işləri davam etdirilir. Şəhərin  istirahət parklarında və yol kənarlarındakı yaşıllıqların qorunmasına, onlara qulluq edilməsinə xüsusi diqqət göstərilərək yaşıllıqların suvarılması, çəmənliklərin biçilməsi, yabanı otların təmizlənməsi, ağacların budanması işləri müntəzəm şəkildə həyata keçirilir. Şəhər Yaşıllaşdırma Təsərrüfat İdarəsi tərəfindən 21.11.2022-ci il tarixdə xidməti ərazilərdə bir sıra işlər görülmüşdür. Belə ki, payız-qış mövsümünə hazırlıq çərçivəsində təmizlik işləri  şəhərin H.Əliyev prospektində, M.Füzuli adına Mədəniyyət və İstirahət parkında, Şəhidlər Xiyabanında və  H.Əliyev parkında keçirilmişdir. H.Əliyev prospektində ağacların budanması, sahədən kənarlaşdırılması işləri aparılmışdır. Ümumşəhər ağacəkmə kompaniyasına hazırlıq məqsədilə  Şəhidlər Xiyabanının arxa hissəsində ağac yerləri qazılmış, Naxçıvan küçəsində şumlama işləri aparılmış, yeni salınmış M.Füzuli adına Mədəniyyət və İstirahət parkında qazonların biçilməsi, ağacların suvarılması məqsədilə su çalalarının qazılması və şumlama işləri aparılmışdır. Hazırda H.Əliyev parkında yararsız hala düşmüş tamet və bardurların yenisi ilə əvəz edilməsi istiqamətində işlər aparılır. Şəhərdə prospektlərdə, küçələrdə,  istirahət parklarında və digər yerlərdə əkilmiş ağaclara, salınan yaşıllıqlara lazımi qulluq göstərilməsi istiqamətində  Şirvan Şəhər Yaşıllaşdırma Təsərrüfatı İdarəsi  tərəfindən mütamadi tədbirlər görülür.

 

Mətbuat xidməti

Keçidlər