Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan şəhərində “Narkomaniyaya qarşı mübarizə” mövzusunda növbəti maarifləndirici tədbir keçirilib 11.12.2023

11 dekabr 2023 | 13:03

11 dekabr 2023-cü il tarixində Şirvan Şəhər İcra Hakimiyyətinin və Şirvan Şəhər Polis Şöbəsinin birgə təşkilatçılığı ilə 18 nömrəli təbiət humanitar təmayüllü məktəb-liseyinin akt zalında  “Narkomaniyaya qarşı mübarizə” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Şirvan şəhər prokuroru Kamal Talıbov, Şirvan Şəhər Polis Şöbəsinin rəisi Fizuli Əhmədov, Dövlət Təhlükəsizliyi Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi Mehman Qasımov, məktəbin yuxarı sinif şagirdləri və müəllimləri iştirak edib.

Görüş iştirakçıları öncə məktəbin foyesində məktəblilərin əl işlərindən ibarət olan sərgi ilə tanış olublar.

Tədbirdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov ölkəmizdə sosial-iqtisadi sabitliyin təmin edilməsi, insanların sağlamlığının, rifahının və mənəvi-əxlaqi dəyərlərinin qorunması və narkomanlığa, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizənin ümumdövlət vəzifəsi kimi müəyyən olunduğunu, narkomanlıqla mübarizə sahəsində dövlət siyasətinin strateji istiqamətlərini müəyyən edən bir sıra Qanun və Dövlət Proqramlarının qəbul edildiyini və uğurla həyata keçirildiyini bildirib. Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə nəzərdə tutulan tədbirlərin icrasını təmin etmək məqsədilə şəhər İcra Hakimiyyəti başçısının Sərəncamı ilə yaradılan “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə şəhər Komissiya”sının fəaliyyətindən danışıb. Narkomanlığın cəmiyyətə ziyanı, bu bəla ilə mübarizədə təbliğat və maarifləndirmə işinin gücləndirilməsi,  yeniyetmə və gənclərin sağlam həyat tərzi ruhunda tərbiyə edilməsi, onların sağlam mühitə qaytarılması, müxtəlif zərərli vərdişlərin yayılmasının əleyhinə şəhərin idarə, müəssisə və təşkilatlarında mütəmadi kütləvi tədbirlər təşkil olunduğunu diqqətə çatdırıb.

Şəhər Polis şöbəsinin rəisi, polis polkovniki Fizuli Əhmədov narkotiklərin insan orqanizminə məhvedici təsiri, doğurduğu faciələr barədə danışıb. Narkomaniyaya qarşı mübarizədə yalnız dövlətin deyil, eləcə də cəmiyyətin hər bir üzvünün fəal rol oynamasının vacibliyini bildirərək, ölkəmizdə narkomanlığa qarşı ciddi mübarizənin aparıldığını, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunması istiqamətində uğurlu tədbirlərin həyata keçirildiyini nəzərə çatdırıb və gənclərin bu bəladan uzaq olmalarını, təhsilə, idmana maraq göstərmələrini tövsiyə edib. Hazırda Şəhər Polis Şöbəsi tərəfindən narkomaniyaya və narkotiklərin qanunsuz dövriyyəsinə qarşı sərt tədbirlər həyata keçirildiyini, qısa müddətdə şəhərin narkotik tacirlərindən təmizlənməsi məqsədilə xeyli işlər görüldüyünü vurğulayıb. 

Daha sonra Şirvan şəhər prokuroru Kamal Talıbov narkomaniyanın cəmiyyət üçün yaratdığı problemlərdən, narkotik vasitələrin fəsadlarından danışaraq, çıxışını tələbələrlə diskussiya şəklində davam etdirib.

Tədbirin sonunda şagirdləri maraqlandıran suallar qonaqlar tərəfindən cavablandırılıb.

Keçidlər