Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan şəhərində növbəti iməcilik təşkil olunub.

11 iyul 2025 | 17:11

Şirvan şəhərində insanların kütləvi şəkildə istirahət edəcəyi parklarda, küçə və prospektlərdə  təmizlik və abadlıq işlərinin görülməsi ilə bağlı həyata keçirilən tədbirlər davam etdirilir.

Sanitar təmizliyin təmin edilməsi məqsədilə təşkil edilən növbəti iməcilikdə ərazilər yabanı və quru alaq otlardan təmizlənmiş, eləcə də ətraf mühit və insan sağlamlığı üçün zərərli olan müxtəlif məişət, polietilen tullantılar yığışdırılıb. Toplanan məişət tullantıları xüsusi nəqliyyat vasitələri ilə ərazidən daşınıb.

İməcilik zamanı yerli iqlim şəraitinə uyğun müxtəlif növ dekorativ gül kolları əkilərək aqrotexniki qulluq göstərilib, ərazidə təmizlik və abadlıq işləri aparılıb.

Keçidlər