Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan şəhərində piyada zolaqları rənglənir.

21 iyun 2022 | 17:57
Şirvan şəhərində avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi, avtomobil yollarında, küçə və prospektlərində vətəndaşların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə yol cizgi və yol göstərici xətləri, həmçinin piyada keçid zolaqları yenidən rənglənir, zəruri olan yerlərdə yeni piyada zolaqları çəkilir.
Öncə piyada zolaqlarının rənglənməsi şəhərin əsas küçə və prospektlərində həyata keçirilib. Heydər Əliyev, İstiqlaliyyət, Məmməd Əmin Rəsulzadə prospektlərində, Zülfi Hacıyev, Naxçıvan küçələrində aparılmış işlər nəticəsində vətəndaşların yolun hərəkət hissəsindən keçməsi daha rahat və təhlükəsiz olub.
Bu çərçivədə şəhərin digər küçə və prospektlərdə anoloji işlər icra olunacaq, piyada keçid zolaqlarının, eyni zamanda yolun hərəkət zolağında olan xətlərinin də yenilənməsi işləri davam etdiriləcəkdir.
 
Mətbuat xidməti
Keçidlər