Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan şəhərində qanvermə aksiyası keçirilib.

19 yanvar 2023 | 18:24
19.01.2023-cü il tarixdə 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar qanvermə aksiyası keçirilib. Qanvermə aksiyasında 108 nəfər könüllü olaraq iştirak etmişdir.
Aksiya YAP Şirvan şəhər təşkilatı və B.Eyvazov adına Elmi Tədqiqat Hemotologiya və Transfiziologiya İnstitutunun Mərkəzi Qan Bankının Şirvan bölməsinin təşəbbüsü ilə təşkil edilib.
Qanvermə aksiyasında YAP Şirvan şəhər təşkilatının əməkdaşları, ərazi partiya təşkilatları və YAP fəalları yüksək həvəslə və könüllü olaraq iştirak ediblər.
Aksiyada həkim hemotoloqlar tərəfindən donorların sağlamlıq vəziyyəti yoxlanıldıqdan sonra onlardan qan götürülüb. Yığılan qan və onun komponentləri talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkənlər üçün istifadə olunacaq.
Aksiyaya qoşulanlar qan xəstəliklərindən əziyyət çəkən uşaqlar üçün könüllü qan verməyin xeyirxah və savab iş olduğunu bildiriblər və belə aksiyalarda yaxından iştirak etməyin vətəndaşlıq borcu olduğunu qeyd ediblər.
Keçidlər