Şirvan şəhərində qanvermə aksiyası keçirilir.
16 iyul 2024 | 12:57
Məhərrəm ayında ehtiyacı olanlara kütləvi olaraq könüllü qanvermə ənənəsi davam etdirilir. Azərbaycanda ötən il Aşura ilə əlaqədar 16 ünvanda keçirilən qanvermə aksiyasının əhatə dairəsi bu il genişləndirilərək 35-ə çatdırılıb.
Bu nəcib təşəbbüsün davamı olaraq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü və Şirvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə iyul ayının 16-da Şirvan Şəhər Məscidində qanvermə aksiyası keçirilib. Aşura günü ilə əlaqədar keçirilən qanvermə aksiyasına səhər saatlarından start verilib və gün ərzində davam edir.
Qan vermək sağlamlığımıza faydalı olmaqla yanaşı, hemofiliyalı və talassemiyalı xəstələrin, həmçinin qana ehtiyacı olan insanların həyatını xilas edir.