Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan Şəhərində qida təhlükəsizliyi ilə əlaqədar maarifləndirici görüş keçirilib.

27 dekabr 2022 | 15:07

Azərbaycan Respublikası Prezidentinin 29 aprel 2019-cu il tarixli, 1143 nömrəli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün Dövlət Proqramı”nın 10.12.3-cü (Qida məhsullarının konservləşdirilməsi, həmin məhsulların saxlanılması və istifadəsi zamanı sanitariya-gigiyena norma və qaydalarına riayət olunması ilə bağlı əhali arasında təşviqat və maarifləndirmə işlərinin aparılması), 10.12.4-cü (Sağlam və rasional qidalanma istiqamətində təşviqat işlərinin aparılması), 10.12.5-ci (Xüsusi həssas əhali qruplarının (uşaqlar hamilə qadınlar və.s) sağlam qidalanmasının təmin edilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi) bəndlərinin icrasının təmin edilməsi məqsədilə Şirvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 27 dekabr 2022-ci il tarixdə Şirvan Dövlət İqtisadiyyat və Hümanitar Kollecində maarifləndirici görüş keçirilib. Görüşdə Şirvan Şəhər İcra Hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırıması şöbəsinin istehsal və xidmət sahələri sektorunun müdiri Ramin Qasımov, Ərazi İdarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Asim Zeynalov, Şirvan Şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin Sanitariya şöbəsinin müdiri Mirəhə Mustafayev,  Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Yoluxucu xəstəliklər şöbəsinin həkim infeksionisti Xəyalə Ağayeva və Qida Təhlükəsizliyi Agentliyinin Salyan Regional bölməsinin qida təhlükəsizliyinə nəzarət sektorunun böyük məsləhətçisi Bayramqulu Tapdıqov iştirak edib. Şirvan Şəhər  İcra Hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırıması şöbəsinin istehsal və xidmət sahələri sektorunun müdiri Ramin Qasımov çıxış edərək,  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən dayanıqlı sosial-iqtisadi inkişaf kursunun başlıca prioritetlərindən biri kimi əhalinin sağlamlığının qorunması və qida təhlükəsizliyinin təmin edilməsi  yönündə reallaşdırılmış ardıcıl və məqsədyönlü tədbirlərin nəticəsi olaraq son illər qida məhsullarının keyfiyyətinin yüksəldilməsi və ixrac potensialının artırılması sahəsində mühüm nailiyyətlər əldə olunmasından, nəzarət sisteminin müasir tələblərə uyğunlaşdırılması üçün əlverişli hüquqi bazanın yaradılmasından söz açıb. Tədbirdə çıxış edən aidiyyəti qurumların əməkdaşları tərəfindən qida təhlükəsizliyi sahəsində qəbul olunmuş yeni qanunun müddəaları bərədə geniş məlumat verilib. Qida məhsullarının konservləşdirilməsi, həmin məhsulların saxlanılması və istifadəsi zamanı sanitariya-gigiyena norma və qaydalarına riayət olunmasından, əhalinin sağlam və rasional qidalanması ilə bağlı görülən işlərdən danışılıb. Sonda mövzu ətrafında tədbir iştirakçılarını maraqlandıran sualar cavablandırılıb.

 

Mətbuat Xidməti

Keçidlər