Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan şəhərində sahibkarlarla görüş keçirilib.

26 dekabr 2025 | 17:16

Dekabrın 26-da Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı və Şirvan Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə şəhərdə fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib.

Tədbirdə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, kənd təsərrüfatı, sənaye, heyvandarlıq sahələrində fəaliyyət göstərən 80-ə yaxın sahibkar, eləcə də dövlət qurumlarının nümayəndələri iştirak ediblər.

Görüşdə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov şəhərdə sahibkarlıq fəaliyyəti və əlverişli işgüzar mühit, dövlətin həyata keçirdiyi dəstək tədbirləri və şəhərin iqtisadi potensialı barədə ətraflı məlumat veriblər. Dövlət-sahibkar əməkdaşlığı platforması çərçivəsində keçirilən tədbirdə şəhərin sənaye ənənələri ilə yanaşı, ticarət, logistika və xidmət kimi sahələrdə də geniş potensiala malik olduğu qeyd edilib. Bildirilib ki, Şirvanda, eləcə də ətraf şəhər və rayonlarda fəaliyyət göstərən sahibkarlar KOB dostlarına müraciət edərək biznesin qurulması və mövcud fəaliyyətin genişləndirilməsi üçün informasiya, məsləhət, əlaqələndirmə və digər istiqamətlərdə dəstək ala bilərlər.

Görüşdə sahibkarların müraciət və təklifləri dinlənilib, qaldırılan məsələlərlə bağlı fikir mübadiləsi aparılıb. Sahibkarlarla müəssisə tikintisi üçün torpaq sahəsinin ayrılması, istixana təsərrüfatının kommunal xidmətlərə qoşulması, güzəştli kreditlərin verilməsi və s. istiqamətlərdə müzakirələr aparılıb, sualları cavablandırılıb.

KOBİA nümayəndələri həmçinin, Şirvanda fiziki şəxs Seyidzaman Səmədovun tikiş sexinin və Hacıqabulda “Teodoro” MMC-nin dam örtükləri istehsalı müəssisəsinin fəaliyyəti ilə tanış olub, sahibkarlarla biznesin inkişafına dair fikir mübadiləsi aparıblar.

Keçidlər